Türkiyədə fabrikdə yanğın olub


  • 17 Sentyabr 13:34

Türkiyənin Kayseri şəhərində fabrikdə güclü yanğın baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kayserinin Melikqazi rayonunda yerləşən fabrikdə naməlum səbəbdən yanğın başlayıb.

Əraziyə çoxlu yanğınsöndürən, təcili yardım və polis qrupları cəlb edilib.

Yanğının nəzarət altına alınması üçün tədbirlər davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər