ABŞ-da təyyarə qəzası nəticəsində 4 nəfər ölüb


  • 10 Sentyabr 12:23

ABŞ-ın Vermont ştatında təyyarə qəzası nəticəsində 4 nəfər ölüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Vermont polisi açıqlama yayıb.

Məlumata görə, Konnektikut limanından havaya qalxan 4 nəfərlik kiçik təyyarə təxminən 2 saat davam edən uçuşdan sonra Vermonta çatıb.

Təyyarədəki 4 nəfər daha sonra təkrar Konnektikuta qayıtmaq üçün yola düşüb.

Lakin havaya qalxdıqdan bir müddət sonra həmin təyyarədən xəbər almaq mümkün olmayıb.

Axtarış nəticəsində təyyarənin qalıqları tapılıb.

Təyyarədə olan 4 nəfərin həyatını itirdiyi məlum olub.

Qəza ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər