Zəncirvari yol qəzasında 7 nəfər yaralanıb


  • 10 Sentyabr 12:11

Türkiyədə Anadolu magistralının Düzce hissəsində 3 avtomobilin toqquşduğu zəncirvari yol qəzasında 7 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, qəza nəticəsində avtomobillərdən biri yolun kənarına aşıb.

Hadisə yerinə polis, jandarma, təcili yardım qrupları cəlb edilib.

Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb.

Onların səhhətinin yaxşı olduğu bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər