“Hizbullah” İsrail ərazisini raket atəşinə tutub

“Hizbullah” təşkilatının İsrailin Qərbi Qalileya bölgəsinə 60-dan çox raket atdığı bildirilir.

E-huquq.az xəbər verir ki, bu haqda məlumatı “əl-Cəzirə” telekanalı yayıb. Məlumatda həmçinin raketlərdən 15-ə yaxınının göydə vurulduğu bildirilir.

Bu hücum Beyrutda “Hizbullah” komandiri Fuad Şükr və Tehranda HƏMASIN Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra İsrailə edilən ilk kütləvi raket hücumudur.

Sosial şəbəkələrdə İsrailin “Dəmir günbəz” raketdən müdafiə sisteminin işini əks etdirən videogörüntülər yayılıb.