- 01 avqust 16:52
- Dünya
İzmirdə terrorçuluğu təbliğ edən 7 nəfər saxlanılıb
Türkiyənin İzmir şəhərində PKK terror təşkilatının təbliğatını aparan 7 nəfər saxlanılıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İzmir Şəhər Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində təşkilatın təbliğatını apardıqları iddia olunan 11 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.
istintaq çərçivəsində Jandarma Komandanlığı müəyyən edilən ünvanlarda əməliyyat keçirib.
Əməliyyat zamanı 7 nəfər saxlanılıb.
4 şübhəlinin xaricə qaçdığı müəyyən olunub.
Şəbnəm Mehdizadə