- 01 avqust 09:36
- Dünya
İzmirdə 105 qanunsuz miqrant saxlanılıb
Türkiyənin İzmir şəhərində 105 qanunsuz miqrant saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə məlumat Sahil Mühafizə Komandanlığının internet saytında yer alır.
Məlumata görə, İzmirin Karaburun sahillərində xilasedici sallarda qeyri-qanuni mühacirlərin olduğu müəyyən edildikdən sonra bölgəyə Komandanlığın əməkdaşları göndərilib.
Komandalar 2 xilasedici olan 36 qanunsuz miqrantı yaxalayıb.
Karaburun rayonunun Doluca bölgəsində isə Jandarmanın dəstəyi ilə keçirilən əməliyyat zamanı 32 qeyri-qanuni miqrant yaxalanıb.
Əməliyyat zamanı həmçinin miqrant qaçaqmalçılığında şübhəli bilinən 1 nəfər saxlanılıb.
Çeşmə sahillərində is rezin qayıqda 37 qanunsuz miqrant saxlanılıb.
Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.
Şəbnəm Mehdizadə