- 01 avqust 00:01
- Dünya
NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib
İranın mənəvi lideri Əli Xamneyi Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsinə cavab olaraq İsrailə birbaşa zərbə endirilməsi əmrini verib.
E-huquq.az xəbər verir ki, bununla bağlı “New York Times“ qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin mənbələri iddia edir ki, bu qərar HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq verilib.
Onların versiyasına görə, əmr iyulun 31-i səhər saatlarında verilib.