MİT İraqın şimalında 3 terrorçunu zərərsizləşdirib


  • 24 İyul 17:09

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında PKK/KCK-nın 3 terrorçunu zərərsizləşdirib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, təşkilatın məsul üzvü “Tolhildan” kod adlı Ömər Fırat və İran vətəndaşları “Raman Renas” kod adlı İrfan Zendi və “Cengaver Mikayıl” kod adlı Hidayət Resulinin Süleymaniyyədə olduqları müəyyən edilib.

Keçirilən hava əməliyyatı ilə terrorçular zərərsizləşdirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər