İzmir sahillərində 196 qanunsuz miqrant saxlanılıb


  • 24 İyul 15:49

Türkiyənin İzmir şəhərində 196 qanunsuz miqrant tutulub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Məlumata görə, İzmirin Urla, Seferihisar, Foça və Dikili sahillərində keçirilən əməliyyatlar zamanı ümumilikdə 196 qanunsuz miqrant saxlanılıb.

Komandalar həmçinin Yunanıstan tərəfindən Türkiyəyə geri göndərilən rezin qayıqlar və xilasedici sallarla 64 qeyri-qanuni miqrantı xilas edərək sahilə çıxarıb.

Qanunsuz miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər