Nepalda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 18 nəfər ölüb


  • 24 İyul 15:43

Nepalın paytaxtı Katmanduda təyyarə qəzası nəticəsində 18 nəfər həyatını itirib.

E-huquq.az “The Kathmandu Post” qəzetinə istinadən xəbər verir ki, göyərtəsində 19 nəfər olan təyyarə uçuş-enmə zolağından qalxarkən qəzaya uğrayıb.

Tribhuvan Beynəlxalq Hava Limanının sözçüsü Subaş Jha “Saurya” aviaşirkətinə məxsus təyyarədə 18 nəfərin cəsədinin tapıldığını və pilotun xəstəxanaya aparıldığını bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər