Almaniyada iqlim fəallarının keçirdiyi aksiyaya görə bəzi uçuşlar təxirə salınıb


  • 24 İyul 15:31

Almaniyanın Köln-Bonn hava limanında iqlim fəalları tərəfindən keçirilən aksiya hava nəqliyyatının hərəkətinə mane olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Köln polisi məlumat verib.

Bildirilib ki, eniş və qalxma zolağına yaxın ərazidə 5 fəalın keçdirdiyi etiraz aksiyasına görə uçuş təxirə salınıb.

Aksiyanı keçirən qrupun sosial media hesabında sözügedən aksiyanın beynəlxalq etiraz kampaniyasının bir hissəsi olduğu bildirilib.

Bənzər aksiyaların İngiltərə, Avstriya, Hollandiya, İsveçrə, Kanada, ABŞ, Şotlandiya və Norveç hava limanlarında eyni vaxtda həyata keçiriləcəyi də qeyd olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər