İstanbulda zəncirvari yol qəzasında 10 nəfər xəsarət alıb


  • 24 İyul 15:00

Türkiyənin İstanbul şəhərində zəncirvari yol qəzası baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Esenyurt adlı ərazisində 14 avtomobilin toqquşduğu yol qəzasında 10 nəfər xəsarət alıb.

Hadisə yerinə polis və təcili yardım qrupları cəlb edilib.

Qəzada yaralanan 10 nəfər ətrafdakı xəstəxanalara aparılıb.

Bir müddət sonra magistralda nəqliyyatın hərəkəti bərpa edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər