Türkiyədə yaşayış binasında yanğın olub, 15 nəfər tüstüdən zəhərlənib


  • 24 İyul 14:38

Türkiyənin Van şəhərində yaşayış binasında yanğın baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Vanın İpəkyolu adlı ərazisində yerləşən mənzildə naməlum səbəbdən yanğın başlayıb.

Hadisə nəticəsində 15 nəfər tüstüdən zərər çəkib.

Əraziyə yanğınsöndürmə, polis və təcili yardım qrupları cəlb edilib.

Zərərçəkmişlər xəstəxanaya çatdırılıb.

Qısa müddət sonra yanğın söndürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər