Rusiyada narkotiklərin təbliğini qadağan edən qanunlar qəbul olunub


  • 23 İyul 20:45

Rusiya Dövlət Duması narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının qanunsuz dövriyyəsinin təbliğini qadağan edən üç qanun layihəsini son oxunuşda qəbul edib.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının saytında məlumat dərc olunub.

Qanunun qəbulu ilə, o cümlədən, KİV və internetdə narkotiklərin istehsal, saxlanma, göndərilmə, satış üsulları barədə məlumat və materialların yayılması qadağan ediləcək.

Narkotiklərin təbliğinə görə inzibati (1,5 milyon rubla qədər cərimə) və cinayət məsuliyyəti (iki ilə qədər azadlıqdan məhrum etmə) nəzərdə tutulub

Qadağa 1 avqust 1990-cı ilədək nəşr edilmiş ədəbiyyat və incəsənət əsərlərinə şamil olunmayacaq.

Dəyişikliklər 2025-ci il iyunun 1-dən qüvvəyə minəcək.

Oxşar xəbərlər