Efiopiyada torpaq sürüşməsi nəticəsində 146 nəfər ölüb


  • 23 İyul 15:35

Efiopiyanın cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 146-ya çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Efiopiyanın Qofa bölgəsində yağan leysan yağışları nəticəsində baş verən torpaq sürüşməsində ölən 146 nəfərin meyiti tapılıb.

Rəsmilər ölənlər arasında azyaşlı uşaqların və hamilə qadınların olduğunu bildirib.

Qeyd edək ki, Efiopiyanın cənubunda torpaq sürüşmələri əsasən yağışlı mövsüm olan iyun və avqust ayları arasında baş verir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər