Hindistanda qadının kəllə sümüyündən 77 iynə çıxarılıb

Hindistanda 19 yaşlı qadının başından 77 iynə çıxarılıb.

E-huquq.az xarici mətbuatına istinadən xəbər verir ki, Hindistanın şərqindəki Odişa əyalətində yaşayan gənc qız şiddətli baş ağrısı şikayəti ilə əyalətin Bhima Bhoi Tibb Kolleci və Xəstəxanasına yerləşdirilib.

Müayinə zamanı onun başında çoxlu iynələr vurulduğu məlum olub.

Əvvəlcə səkkiz iynə çıxarılsa da, qadının vəziyyəti yaxşılaşmayıb və ona görə də başqa xəstəxanaya köçürülüb.

Burada aparılan iki əməliyyat zamanı onun başından daha 70 iynə çıxarılıb.

İynələrin qadının başına onu tilsimdən xilas etmək üçün müalicə məqsədilə vurulduğu bildirilir.

Qadının başına iynələri yerləşdirən şəxs şəxs polis tərəfindən həbs edilib.

Şəbnəm Mehdizadə