- 23 iyul 13:44
- Dünya
Yaponiyada anasının cəsədini 5 il evində saxlayan kişi həbs edilib
Yaponiyada ölmüş anasının cəsədini evində saxlayan 60 yaşlı kişi həbs edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Yaponiyanın Osaka şəhərinin İkuno rayonunda yaşayan 60 yaşlı Katsunori Onada 5 il əvvəl dünyasını dəyişən anasının meyitini evinin yataq otağında gizlədib.
Onada polisə anasının 2019-cu ilin sentyabrında öldüyünü və cəsədin o vaxtdan bəri evdə saxladığını etiraf edib.
Onadanın anasının pensiyasını almaq üçünü belə bir addım atdığı ehtimal edilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə