- 19 iyul 11:28
- Dünya
Çilidə 7.4 bal gücündə zəlzələ olub
Çilinin şimalında 7,4 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumata görə, zəlzələ yerin təxminən 117 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.
Təbii fəlakət nəticəsində dağıntı və tələfat qeydə alınmayıb.
Zəlzələnin Perunun cənub bölgələri olan Tacna və Arekipada da hiss olunduğu bildirilib.
Şəbnəm Mehdizadə