Qanada 9 nəfərdə "danq qızdırması" aşkarlanıb

Qananın Şərq əyalətində 9 nəfərdə "danq qızdırması" aşkarlanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qana Sağlamlıq Xidmətlərinin (GHS) baş direktoru Patrick Kuma-Aboagye məlumat yayıb.

O bildirib ki, əyalətin bəzi bölgələrində virusa yoluxan şəxslərin malyariya olduğu ehtimal edilib.

Lakin həmin şəxslərin verdiyi "danq qızdırması" testinin nəticələri müsbət çıxıb.

Qeyd edək ki, tropik və subtropik bölgələrdə rast gəlinən danq qızdırması insanlara ağcaqanadlar vasitəsilə keçir. İnkubasiya dövründən sonra yüngül qızdırma ilə müşahidə olunan xəstəlik bəzi hallarda ölümə səbəb ola bilir. Mart, iyun, sentyabr və dekabr aylarında yoluxmaların sayı artır.

Şəbnəm Mehdizadə