- 16 iyul 10:10
- Dünya
Keniyada 42 qadını öldürən şəxs saxlanılıb
Keniyada silsilə qətllər törədən şəxs saxlanılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Keniyanın paytaxtı Nayrobidə zibillik kimi istifadə edilən daş karxanasında parçalanmış qadın cəsədləri tapılıb.
Hadisə ilə bağlı saxlanılan 33 yaşlı Collins Jumaisi həyat yoldaşı da daxil olmaqla 42 qadını öldürdüyünü etiraf edib.
İstintaq Şöbəsinin rəisi Amin Məhəmməd karxananın yaxınlığındakı Mukuru rayonunda yaşayan qatilin qadınları aldadaraq tələyə saldığını və öldürdükdən sonra qalıqlarının daş karxanasına atdığını bildirib.
Jumaisi 2022-ci ildə həyat yoldaşını öldürdüyünü, sonuncu dəfə isə iyulun 11-də qətl törətdiyini bildirib.
Onun evində axtarış zamanı çoxlu mobil telefonlar, şəxsiyyət vəsiqəsi, rezin əlcəklər, qadın paltarları, lentlər və onlarla neylon kisələrin tapılıb.
Qətlə yetirilən qadınların 18-30 yaş aralığında olduğu və hamısının eyni şəkildə öldürüldüyü məlum olub.
İndiyədək tapılan 9 cəsədin şəxsiyyətinin müəyyən edilməsi üçün DNT testlərinin aparılacağı bildirilib.
Şəbnəm Mehdizadə