- 16 iyul 09:54
- Dünya
Omanda məscid yaxınlığında silahlı hücum: 4 nəfər ölüb
Omanın paytaxtı Maskatda məscid yaxınlığında baş verən silahlı hücum nəticəsində 4 nəfər ölüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb.
Bildirilib ki, hücum zamanı bir neçə nəfər yaralanıb.
Polis hadisə ilə bağlı ətraflı araşdırma aparıldığını söyləyib.
Qeyd edək ki, Oman, Ərəbistan yarımadasında yerləşən və əhalisinin əksəriyyəti müsəlman olan bir ölkədir.
Ölkədə belə zorakılıq hadisələri nadir hallarda baş verir.
Şəbnəm Mehdizadə