- 12:56 | 03.04.2024
- Dünya
Türkiyənin Malatya şəhərində 4,5 bal gücündə zəlzələ olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ Malatyanın Doğanşehir rayonunda, yerli vaxtla 10.48-də baş verib.
Zəlzələ yerin təxminən 13,9 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələ zamanı dağıntı və tələfat qeydə alınmayıb.
Şəbnəm Mehdizadə