- 17:04 | 02.04.2024
- Dünya
ABŞ-ın Texas ştatında bir nəfərdə quş qripi aşkarlanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Texas ştatının Səhiyyə Xidmətləri Departamenti məlumat yayıb.
Qurum həmin şəxsin inəklərlə təmasda olduqdan sonra pisləşdiyini bildirib.
Qeyd olunub ki, bu, ABŞ-da insanda aşkar edilən ikinci quş qripi faktıdır.
Səlahiyyətlilər keçən həftə Texas və Kanzas ştatlarında inəklərdə quş qripinin aşkar edildiyini açıqlayıblar.
Şəbnəm Mehdizadə