- 16:47 | 28.09.2023
- Dünya
Türkiyənin Ədirnə şəhərində qəzaya düşən mikroavtobusda qanunsuz miqrantlar aşkar edilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, idarəetmədən çıxan avtobus evin divarına çırpılıb. Hadisə yerinə gələn polis əməkdaşları avtobusda 19 qanunsuz miqrantın oldğunu müəyyən edib.
Onlardan biri yaralı oldğu üçün təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Digər 18 nəfər isə əvvəlcə polis idarəsinə aparılıb, müvafiq prosedurlardan sonra Ədirnə Miqrasiya İdarəsinə təhvil verilib.
Mikroavtobus sürücüsünün hadisə yerindən qaçdığı bildirilib.
Polis həmin şəxsin saxlanılması istiqamətində tədbirləri davam etdirir.
Şəbnəm Mehdizadə