Mirzayev&Partners
    14 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Vəkillik fəaliyyəti

Aztəminatlı ailələrə pulsuz hüquqi yardım göstəriləcək

Hər il oktyabrın 25-də bütün Avropa ailəsinə daxil olan ölkələrdə “Avropa ədalət günü” qeyd olunur. 2003-cü ildə Avropa Şurası və Avropa Komissiyasının birgə qərarı ilə keçirilən bu gün münasibətilə hər ilin oktyabr ayı ərzində hüquqşünaslar tərəfindən aztəminatlı və hüquqi cəhətdən maariflənmə səviyyəsi aşağı olan şəxslərə ödənişsiz hüquqi yardım göstərilir.

Vəkillər üçün distant kurslar təklif edilir

Məlum olduğu kimi, Azərbaycan Respublikası Vəkillər Kollegiyası yerli əlaqələrin genişləndirilməsi ilə bərabər bir sıra beynəlxalq təşkilatlar, o cümlədən, xarici ölkələrin vəkillər kollegiyaları ilə əməkdaşlığa xüsusi önəm verməkdədir. Rusiya Vəkillərinin Federal Palatası ilə aramızda olan sıx əməkdaşlıq çərçivəsində Palata tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri üçün distant (onlayn) kurslar təklif edilməkdədir. Ümumilikdə 6 blokdan və 16 kursdan ibarət olan onlayn təlimin hər bir hissəsində interaktiv dərslik, video materiallar, prezentasiyalar, kurs mövzusuna aid məlumatlar, faydalı keçidlər və yoxlama testləri mövcuddur. Xüsusilə qeyd etmək lazımdır ki, “Vəkillik mühazirəsi” adlı bölmədə Rusiyanın S.L.Ariya, A.İ.Krasnokutska, E.V.Semenyanko, Q.M.Reznik, M.A.Ponomarev və digər məşhur vəkillərinin çıxışlarının video görüntüləri yer almışdır. Vəkillərimiz https://edu.fparf.ru/ keçidinə daxil olub, qeydiyyatdan keçərək distant kurslardan faydalana bilərlər. Qeydiyyat zamanı “reyestr nömrəsi” qrafasına AZ/0000 yazılması tövsiyə olunur.