Mirzayev&Partners
    20 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Fərman və sərəncamlar

Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının tərkibində dəyişiklik edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 1993 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibində dəyişiklik edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 avqust tarixli 1638 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev Şahin Mustafayevə yeni vəzifə verdi

Prezident İlham Əliyev “Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1876 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. 

Prezident kənd təsərrüfatı işçilərini təltif edib

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərinə “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalyıb. "Report" xəbər verir ki, sərəncama əsasən, kənd təsərrüfatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı verilib. Əzimov İlham Müqbil oğlu Hacıyev Rahət Tofiq oğlu Quliyev Babakişi Orucəli oğlu. Dövlət başçısının digər sərəncamı ilə atçılığın inkişafında xidmətlərinə görə Maarif Məmməd oğlu Hüseynova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ayrılıb.