Mirzayev&Partners
    06 Dekabr
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

Qanunvericilik

Borcalanlarla bağlı qaydalara dəyişiklik edildi

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”a dəyişiklik edilib

Azərbaycanda vergi qanunvericiliyinin pozulması ilə bağlı məsuliyyətə cəlbetmə qaydası dəyişdirilir

Gələn ildən Azərbaycanda cinayət-prossessual qanunvericiliyinə uyğun olaraq vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarla aparılan səyyar vergi yoxlamalarının nəticələri istisna olmaqla, vergi qanunvericiliyinin pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il) keçəcəyi halda, həmin şəxs qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməyəcək və vergi öhdəlikləri yaranmayacaq.

Azərbaycanda aksizli mallar üzrə vergi dərəcələri dəyişdirilir

Gələn ildən Azərbaycanda istehsal olunan içməli spirt, pivə, spirtli içkilər, tütün məmulatları, energetik (spirtli və spirtsiz) içkilər, elektron siqaretlər üçün maye kimi aksizli mallara tətbiq edilən vergi dərəcələrinin dəyişdirilməsi nəzərdə tutulub.