Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

Yerevanda ömürlük məhbusların qohumları etiraz aksiyası keçirib

Yerevanda hökumət binasının qarşısında ömürlük azadlıqdan məhrum edilən məhbusların qohumları etiraz aksiyası keçirib.

E-huquq.az xəbər verir ki, onlar həmin məhbusların işinə yenidən baxılmasını tələb ediblər.

Helsinki Assosiasiyasının sədri Nina Karapetyan bildirib ki, Ermənistanda ömürlük azadlıqdan məhrum edilən 91 məhbus var: “Ötən 20 ildə onların saxlanılması şəraitində heç bir dəyişiklik yoxdur. Həmin məhbuslara verilən cəzanı dəyişmək imkanları da heç vaxt olmayıb”.

Mənbə: Report