Mirzayev&Partners
    18 İyul
    Baku
    23°

Ötən gün yol qəzalarında 10 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. 

DİN-in Mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 21 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.