Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

Bakıda polislər əcnəbi vətəndaşa itmiş əşyalarının tapılmasında kömək edib - FOTO

Bakı şəhərində müvəqqəti yaşayan Almaniya vətəndaşı Hayke Mökel Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib. 

O, Nərimanov rayonunda yerləşən idman komplekslərindən birində ona məxsus içərisində 250 manat, şəxsi sənədlər və bankomat kartlarını naməlum şəraitdə itirdiyini bildirib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, məlumat daxil olan kimi Nərimanov rayon Polis İdarəsi və 16-cı polis völməsi əməkdaşları tərəfindən görülən işlər nəticəsində əcnəbi vətəndaşın pul kisəsi içində olan əşyalar və pulla birlikdə qısa zamanda tapılaraq sahibinə qaytarılıb. 

H.Mökel operativliyə və ona həyatı boyu unutmayacağı köməklik göstərdiklərinə görə polis əməkdaşlarına minnətdarlıq edib.