Mirzayev&Partners
    18 İyul
    Baku
    23°

Azərbaycanda məhkəmə qərarını icra etmədiyinə görə həbs edilənlərin sayı məlum olub

“İcradan yayınan şəxsi inzibati xətalar məcəlləsinin 528-ci maddəsinə əsasən ilk növbədə inzibati məsuliyyət gözləyir. Şəxs bu inzibati cəzadan nəticə çıxarmırsa, qərarın icrasından qərəzli olaraq yayınmaqda davam edirsə, bu zaman onun barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün məsələ qaldırılır”. 

E-huquq.az xəbər verir ki, bunu ASAN radionun efirində qonaq olan Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin aparıcı məsləhətçisi Rüstəm Rəhimov deyib. 

O bildirib ki, ötən 6 ay ərzində məhkəmə qərarını icra etmədiyinə görə 1426 şəxs inzibati qaydada həbs olunub və bunların təxminən 80 faizi aliment borcunu ödəməkdən yayıyan şəxslərdir.